AFFA Qaraya gorə "Qarabağ"ı cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

QOL.az xəbər verir ki, iclasda  Azərbaycan kubokunda 1/2 finalın ilk oyunu çərçivəsində keçirilən oyunlarda bağlı qərarlar verilib.

Azərbaycan kubokunda 1/2 finalın ilk oyunu çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” görüşündə “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” 800 manat cərimə edilib. 

Qarşılaşmada “Qarabağ” azarkeşləri kütləvi şəkildə rəqib futbolçuları təhqir etdiyinə görə “Qarabağ” 1000 manat cərimə olunub.

Xatırladaq ki, oyunda "İmarət" fan klubunun bəzi üzvləri "Neftçi"nin futbolçusu Qara Qarayevi də təhqir etmişdi. Bu hadisədən sonra bir çox futbolçular, tanınmışlar Qara Qarayevə dəstək nümayiş etdiriblər.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin