Füzuli rayonun kənd təsərrüfatında taxılçılıq prioritet sahədir
Azərbaycan üçün bu gün ən mühüm məqsədlərdən biri iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq və iqtisadi inkişafın kənd yerlərinə daha çox yayılmasını təmin etməkdir. Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla, iş yerləri ilə təminatda ən böyük pay sahibidir. 1995-ci ildən uğurla həyata keçirilən aqrar islahatlar ölkə iqtisadiyyatında bazar münasibətlərinin qurulmasına, torpaq və əmlakdan səmərəli istifadə edilməsinə, aqrar bölmənin sahə strukturunun təkmilləşdirilməsinə, sahibkarlığın formalaşmasına ciddi təsir göstərmişdir. Kənd təsərrüfatının sosial və sahəvi tərkibində əsaslı dəyişikliklər baş vermişdir. İri təsərrüfat formalarının əvəzinə müxtəlif mənsubiyyətli çoxsaylı təsərrüfat subyektləri yaradılmış, geniş miqyaslı özəlləşdirmə siyasətinə uyğun olaraq, kənd təsərrüfatına yararlı torpaq sahələri, mal-qara, istehsal və qeyri-istehsal obyektləri, kənd təsərrüfatı texnikası üzərində mülkiyyət forması fərdi (şəxsi) mülkiyyətlə əvəz edilmişdir. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağlarının dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi və mineral gübrələrin 50 faiz güzəştlə satılması, kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarının təşkil edilməsi kənd əməkçiləri tərəfindən yetişdirilən məhsulların itkisiz yığılmasına müsbət təsir etmişdir.
Rayon üzrə kənd, qəsəbə, şəhər ərazi icra nümayəndəliklərindən, hüquqi və fiziki şəxslərdən daxil olmuş 29-kt №-li kənd təsərrüfatı hesabatı icmallaşdırılarkən məlum olmuşdur ki, 2022-ci ildə 40190 hektar sahədən 126551.0 ton dənli və dənli paxlalı bitkilər toplanmış, hektarın orta məhsuldarlığı 31.5 sent/ha olmuşdur. İstehsal olunan dənli və dənli paxlalı bitkilərin tərkibində buğda əsas yer tutur. 2022-ci ildə istehsal olunmuş dənli bitkilərin 90414.3 tonu (71.4 %) buğda, 35286.5 tonu (27.9 %) arpa, 810.5 tonu (0.6 %) dən üçün qarğıdalı, 39.7 tonu isə (0.1 %) darının payına düşmüşdür.
Əvvəlki illərdə olduğu kimi rayonun kənd təsərrüfatında taxılçılıq prioritet sahədir. Bunu əkin sahələrinin strukturunu nəzərdən keçirdikdə aydın şəkildə görmək mümkündür.
İstehsal edilmiş dənli və dənli paxlalı bitkilərin 81753.2 tonu (64.6 %) ailə kəndli və ev təsərrüfatlarının, 43789.8 tonu (34.6 %) kənd təsərrüfatı müəssisələrinin, 1008 tonu isə (0.8 %) fərdi sahibkarların payına düşmüşdür. Bu onu göstərir ki, ailə kəndli və ev təsərrüfatları kənd təsərrüfatı məhsullarının əsas istehsalçılarıdır.
2018-2022-ci illər üzrə rayonda dənli və dənli paxlalı bitkilərin əkin sahəsi və məhsul istehsalı aşağıdakı cədvəldə göstərilmişdir.
Dənli bitkilər | Ölçü vahidi | 2018 | 2019 | 2020 | 2021 | 2022 |
Əkin sahəsi | Ha | 36858.7 | 37765 | 38071.5 | 35553.0 | 40190 |
Məhsul | Ton | 109494.1 | 118000.4 | 121757 | 119379.4 | 126551.0 |
Məhsuldarlıq | Sent/ha | 29.7 | 31.2 | 32.9 | 33.6 | 31.5 |
Füzuli rayonunda 2022-ci il üçün 29-kt №-li forma əsasında kənd təsərrüfatı əkinləri haqqında məlumat.
əkin sahəsi (hektar)
Sıra № | Bitkinin adı | İllər | Fərq (+, -) | |
2021 | 2022 | |||
Dənlilər və dənli paxlalılar | 35553 | 40190 | 4637 | |
Ondan buğda | 26314 | 27711 | 1397 | |
Arpa | 9128 | 12343.2 | 3215.2 | |
Dən üçün qarğıdalı | 105 | 111 | 6 | |
Sair dənlilər | 6 | 24.8 | 18.8 | |
Kartof | 153 | 154 | 1 | |
Bostan | 271 | 275 | 4 | |
Tərəvəz | 465 | 495 | 30 | |
Pambıq | 500 | 400 | -100 | |
Şəkər çuğunduru | 290.1 | 246 | -44.1 | |
Günəbaxan | 23 | 24 | 1 | |
Yem bitkiləri | 6721 | 6928 | 207 | |
Çoxillik əkmələr | 686.6 | 694.4 | 7.8 | |
Üzüm | 161 | 161 | - |
Məhsul istehsalı (ton)
Məhsulun adı | 2021 | 2022 | Fərq ( +,-) | |
Dənlilər və dənli paxlalılar | 119379.4 | 126551 | 7171.6 | |
Ondan buğda | 90302.6 | 90414.3 | 111.7 | |
Arpa | 28296.8 | 35286.5 | 6989.7 | |
Dən üçün qarğıdalı | 770 | 810.5 | 40.5 | |
Sair dənlilər | 10 | 39.7 | 29.7 | |
Tərəvəz | 4268.7 | 4768.8 | 500.1 | |
Kartof | 1912.5 | 1913 | 0.5 | |
Bostan | 3305 | 3315 | 10 | |
Pambıq | 1108 | 1065.5 | -42.5 | |
Şəkər çuğunduru | 9709 | 6692 | -3017 | |
Günəbaxan | 61 | 63.7 | 2.7 | |
Yem bitkiləri | 54529.7 | 50534.3 | -3995.4 | |
Çoxillik əkmələr | 1539.3 | 1574.1 | 34.8 | |
Üzüm | 1070 | 1038 | -32 |
Məhsuldarlıq sent/ha
Sıra № | Bitkinin adı | İllər | Fərq (+, -) | |
2021 | 2022 | |||
Dənlilər və dənli paxlalılar | 33.5 | 31.5 | -2 | |
Ondan buğda | 34.3 | 32.8 | -1.5 | |
Arpa | 31.0 | 28.6 | -2.4 | |
Dən üçün qarğıdalı | 73.3 | 73 | -0.3 | |
Sair dənlilər | 16.7 | 16 | -0.7 | |
Kartof | 125 | 124.2 | -0.8 | |
Bostan | 122 | 120.5 | -1.5 | |
Tərəvəz | 91.8 | 96.3 | 4.5 | |
Pambıq | 22.2 | 26.6 | 4.4 | |
Şəkər çuğunduru | 343.1 | 237.3 | -105.8 | |
Günəbaxan | 26.5 | 26.5 | - | |
Yem bitkiləri | 81.1 | 72.9 | -8.2 | |
Çoxillik əkmələr | 37 | 37 | - | |
Üzüm | 66.4 | 64.5 | -1.9 |
Füzuli Rayon Statistika İdarəsinin rəisi
Rafiq Məstəliyev
0 Rəy