Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Oktyabrın 2-də Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri İrakli Çikovani iştirak ediblər.
Tərəflər üç ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın aktual məsələlərini müzakirə edib, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.
Görüşün yekununda Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında üçtərəfli görüşün protokolu imzalanıb.
Müxbir - Elmir Səftərov
0 Rəy