2026-cı ilin yanvar-iyun aylarında Cəbrayıl rayonunun sosial-iqtisadi inkişafı haqqında

Ümumi məhsul buraxılışı. 2026-cı ilin yanvar-iyun aylarında Cəbrayıl rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı əvvəlki ilin müvafiq dövrünə nisbətən real ifadədə 7,4 faiz artaraq 176277,0 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin  hər nəfərinə düşən dəyəri 2386,0 manat təşkil etmişdir. 

2026-cı ilin yanvar-iyun aylarında məhsul buraxılışının ümumi həcminin 2025-ci ilin müvafiq dövrünə nisbətən artması tikinti, ticarət; nəqliyyat vasitələrinin təmiri, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq və sənaye sahələrinin hesabına olmuşdur. 

Məhsulun 147327,5 min manatı tikinti sahəsində,  20284,7 min manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 5536,9 min manatı ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində,  1991,6 min manatı sənaye sahəsində,  925,3 min manatı nəqliyyat və anbar təsərrüfatı sahəsində,  211,0 min manatı isə informasiya və rabitə sahəsində istehsal olmuşdur.

Əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə məhsul istehsalı  nəqliyyat və anbar təsərrüfatı sahəsində 35,3 faiz, sənaye sahəsində  12,4 faiz, meşə təsərrüfatı və balıqçılıq sahəsində 0,2  faiz azalmış, informasiya və rabitə sahəsində 74,7 faiz,  ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 27,3 faiz, tikinti sahəsində isə 7,2 faiz artmışdır.

Ərazisi və əhalisi. Cəbrayıl rayonunun ərazisi 1,04 min kvadrat kilometr, əhalisinin sıxlığı isə bir kvadrat kilometrə 71 nəfər təşkil edir. 

2026-cı ilin  01 iyul vəziyyətinə rayonun əhalisi 73,9 min nəfər olmuş (o cümlədən şəhər əhalisi 11,6 min nəfər, kənd əhalisi 62,3 min nəfər) və 2026-cı ilin əvvəlindən 102 nəfər, yaxud 0,1 faiz artmışdır. Rayon əhalisinin ümumi sayından 49,8 faizini kişilər (36,8 min nəfər),  50,2 faizini qadınlar (37,1 min nəfər) təşkil edir. Əhalinin 20,4 faizi 0-14 yaşda (15,1 min nəfər), 69,3 faizi 15-64 yaşda (51,2 min nəfər), 10,3 faizi (7,6 min nəfər) 65 və yuxarı yaşda olanlardır. Əhalinin 23,7 faizini (17,5 min nəfər) 14-29 yaşda olan yeniyetmələr və gənclər təşkil edir.

2026-cı ilin yanvar-iyun aylarında 345 nəfər doğulan körpə qeydə alınmış və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə bu göstərici demək olar ki, sabit qalmışdır. Eyni ilə ölənlərin sayı 242 nəfər olmuş və 2025-ci ilin eyni dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə ölənlərin sayı 4.0 -dən 4.4-ə artmışdır.  

Hesabat dövründə Ədliyyə Nazirliyinin rayon qeydiyyatı şöbələri tərəfindən 169 nikah, 76 boşanma halları qeydə alınmış və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 0,9 faiz, boşanmaların sayı isə 0,2 faiz azalmışdır. 

2026-cı ilin yanvar-iyun aylarında rayon ərazisinə daimi yaşamaq üçün gələn olmamışdır. Bir nəfər qeydiyyatdan çıxan olmuşdur. 

Əmək. 01 iyul 2026-cı il tarixinə işləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhali  34,9 min nəfər, 15 və yuxarı yaşda olan əmək qabiliyyətli əhali rayon əhalisinin 75,4 faizini təşkil etmişdir. İqtisadi fəal əhalinin tərkibində məşğul olanların xüsusi çəkisi  94,1 faiz olmuşdur. 

2026-cı ilin yanvar-iyun aylarında  rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 906,6 manat, əvvəlki ilin müvafiq dövründə isə 782,9  manat təşkil etmişdir.

Yeni iş yeri. 2026-cı ilin yanvar-iyun aylarında  rayonda  199 vahid yeni iş yeri açılmışdır ki, onların hamısı daimi yeni iş yeri olmuşdur. Açılan yeni iş yerlərindən 155 vahidi mövcud müəssisə və təşkilatların, 44 vahidi isə yeni açılmış müəssisə və təşkilatların payına düşür.

Sənaye. 2026-cı ilin yanvar-iyun aylarında mövcud olan sənaye müəssisələri üzrə  istehsal olunmuş malların və göstərilmiş  xidmətlərin dəyəri faktiki qiymətlərlə 1991,6 min manat olmuş, ötən  ilin müvafiq dövrü ilə müqayisədə 253,8 min manat və ya 14,6 faiz artmışdır. 

Sənaye fəaliyyəti ilə məşğul olan müəssisələr üzrə 2025-ci ilin yanvar-iyun aylarında hesablanmış əməkhaqqı fondu 1822,5 min  manat olmuş və ötən ilin müvafiq dövrünə nisbətən 58,9 faiz çox olmuşdur.  Bu da işğaldan azad olunan ərazilərdə yeni yaranan müəssisələrin fəaliyyəti ilə əlaqədardır.      

            Bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 2026-cı ilin yanvar-iyun aylarında 1205,4 manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,7 faiz  çox olmuşdur. 

Tikinti.  2026-cı ilin yanvar-iyun aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirilmiş işlərin dəyəri 9697,6 min manat, İnşa, yenidənqurma və bərpa işlərinin dəyəri 7759,2 min manat, o cümlədən cari işlərin dəyəri 1800,3 min manat və sair tikinti işlərinin dəyəri 138,1 min manata bərabər olmuşdur. Dövr ərzində tikinti təşkilatları tərəfindən əsaslı təmir işləri yerinə yetirilməmişdir. 

            Cari ilin yarımili ərzində əsas kapitala 150090,2 min manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox investisiya yönəldilmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 147327,5 min manatı və ya 98,2 faizi bilavasitə tikinti-quraşdirma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əvvəlki ilin müvafiq dövrünə nisbətən tikinti quraşdırma işlərinin dəyəri 7,2 faiz artmışdır. 

            Tikinti təşkilatlarında hesabat dövrünə işçilərin sayı 166 nəfər, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə  76,6 faiz çox olmuşdur. Onlara 2576,1 min manat əməkhaqqı fondu  hesablanmış və bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 2617,9 manat olmuşdur. Ötən ilin müvafiq dövründə isə tikinti təşkilatlarında 94 nəfər çalışmış, onlara  389,0 min manat əməkhaqqı fondu  hesablanmış və bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 704,7 manat olmuşdur. Hesabat dövründə bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı  ötən ilin müvafiq dövrünə nisbətən  3,7 dəfə çox olmuşdur.

Kənd təsərrüfatı.  2025-ci ildə əkin sahələrinin cəmi 14432,3 hektar, 2026-cı ildə isə 5,4 faiz artaraq 15206,1  hektar olmuşdur. Bu əkin sahələrinin 3466,6 hektarı ailə kəndli  təsərrüfatlarının, 11739,5 hektarı isə özəl sektorun payına düşür.

Əkin sahələrinin 2997,0 hektarını buğda, 10578,1 hektarını arpa, 19,6 hektarını şəkər çuğunduru, 36,5 hektarını kartof, 71,2 hektarını tərəvəz, 433,7 hektarını cari ilin yazlıq çoxillik otları (yonca), 1070,0 hektarını keçmiş illərin çoxillik ot bitkiləri (yonca) təşkil edir. 

01 iyul 2026-cı il vəziyyətinə əkin altında olan sahələrdən 6701,0 ton taxıl, o cümlədən 3204,0 ton buğda, 3497,0 ton arpa, həmçinin 637,2 ton kartof, 262,4 ton tərəvəz istehsal olunmuşdur.

01 iyul 2026-cı il vəziyyətinə 4009,2 kq,  keçən ilin müvafiq dövründə 4689,05 kq barama istehsal olunmuşdur. Rayon üzrə barama istehsalı əvvəlki illə müqayisədə 14,5 faiz və ya 679,85 kq azalmışdır. 

01 iyul 2026-cı il tarixinə heyvandarlıq sahəsində  bütün təsərrüfat kateqoriyalarında 11163 baş iri buynuzlu mal-qara, o cümlədən  4754 baş inək və camış, 92775 baş qoyun və keçi mövcud olmuşdur.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə  iri buynuzlu mal-qaranın sayı 102 baş, inək və camışların sayı 307 baş, qoyun və keçilərin sayı isə 5754 baş artmışdır. 

Hesabat dövründə ət istehsalı 1128 ton (diri çəkidə), süd istehsalı 4865 ton, yumurta istehsalı 3255  min ədəd, yun istehsalı isə 170 ton olmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə  ət istehsalı 33 ton, süd istehsalı 133 ton, yumurta istehsalı isə 85 min ədəd, yun istehsalı isə 4 ton artmışdır. 

Nəqliyyat və anbar təsərrüfatı. Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2026-cı ilin yanvar-iyun aylarında 925,3 min manatlıq sərnişin, yük və poçt daşınması olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə  441,3 min manat və ya 32,3 faiz az olmuşdur.

Hesabat dövründə avtomobil nəqliyyatı ilə 45,6 min ton yük, 297,9 min sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə yük daşınması 3,4 faiz, sərnişin daşınması da 3,8 faiz artmışdır. Eyni dövr ərzində 581,8 min manat poçt və nəqliyyat  daşınması olmuşdur.

İnformasiya və rabitə. 2026-cı ilin yanvar-iyun aylarında informasiya və rabitə sahəsində  görülən işlərin dəyəri 211,0 min manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 92,6 min manat çox olmuşdur.

 Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi 

Sahib Süleymanov 

shushainfo.com

Rəylər

Aşağıdakı məlumatları qeyd edin