Cəbrayıl rayonunda taxıl biçini yekunlaşıb: Statistik göstəricilər və təhlil
Cəbrayıl rayonunda kənd təsərrüfatı işlərinin mühüm mərhələsi olan dənli və dənli paxlalı bitkilərin biçini başa çatıb. Rayonda cəmi əkin sahəsi 15206,1 hektar təşkil edib ki, bu da əvvəlki dövrdəki 14 432,3 hektar göstərici ilə müqayisədə 773,8 hektar və ya 5,4 faiz artımdır.
Ümumi əkin sahəsinin 13575,1 hektarını dənli və dənli paxlalı bitkilər təşkil edib (əvvəlki dövrdə 12 811,0 hektar). Mövsüm ərzində toplanmış dənli bitkilərin ümumi həcmi 6701 ton olmuşdur.
Biçin mövsümündə orta məhsuldarlıq hər hektardan 32,6 sentner təşkil edərək, əvvəlki dövrün göstəricisini 9,6 sentner və ya 41,7 faiz üstələmişdir.
Cəbrayıl rayonunda taxılçılığın strukturunda buğda və arpa əsas yer tutur. Hesabat dövründə 2997 hektar sahədə buğda əkini aparılmış və nəticədə 3204 ton məhsul əldə edilmişdir. Məhsuldarlıq hər hektardan 32,8 sentner təşkil etmişdir. Müqayisə üçün qeyd edək ki, əvvəlki dövrdə 10546 hektar buğda sahəsindən 3670 ton məhsul toplanmış, məhsuldarlıq isə hektara 32,6 sentner olmuşdu.
Arpa əkini sahələri əhəmiyyətli dərəcədə genişləndirilərək 10578,1 hektara çatdırılmışdır. Toplanmış arpa məhsulu 3497 ton təşkil etmiş, hər hektardan orta məhsuldarlıq isə 32,4 sentnerə yüksəlmişdir. Bu, əvvəlki dövrün analoji göstəricisindən 14,1 sentner və ya 77 faiz çoxdur.
Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi
Sahib Süleymanov
shushainfo.com
0 Rəy