2026-cı il üçün Cəbrayıl rayonunda barama toplanışı yekunlaşıb

Azərbaycanda kənd təsərrüfatının qədim və ənənəvi sahələrindən olan baramaçılıq qeyri-neft sektorunun inkişafında, əhalinin məşğulluğunun təmin edilməsində və kənd yerlərində ailə təsərrüfatlarının gəlirlərinin artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Bölgələrimizin iqtisadi potensialının bərpası və modernləşdirilməsi çərçivəsində strateji sahə sayılan baramaçılığın dirçəldilməsi istiqamətində həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməkdədir.

2026-cı il ərzində Cəbrayıl rayonu üzrə 4009,2 kiloqram barama məhsulu toplanılaraq təhvil verilmişdir.

Statistik göstəricilərdən göründüyü kimi, 2026-cı ildə toplanmış barama məhsulunun həcmi 2025-ci ilin analoji dövrü ilə müqayisədə 679,85 kq (yəni 14,5%) az olmuş və ötən ilki səviyyənin 85,5 faizini təşkil etmişdir.

Havanın iqlim şəraiti və yem bazasının yenidən qurulması kimi amillər mövsümi göstəricilərə təsir göstərsə də, Cəbrayıl rayonunda yeni tut (çəkil) bağlarının salınması, kümçülərə dövlət tərəfindən dəstək mexanizmlərinin və subsidiyaların verilməsi istiqamətində işlər ardıcıl olaraq davam etdirilir. Növbəti mövsümlərdə baramaçılıq məhsuldarlığının daha da artırılması və sahənin dayanıqlı inkişafının təmin edilməsi nəzərdə tutulur.

Cəbrayıl rayon Statistika idarəsi

shushainfo.com

Rəylər

Aşağıdakı məlumatları qeyd edin