Şuşanın "Tarqovı"sı – FOTOLAR

İşğaldan azad olunandan sonra genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığı Şuşa şəhəri hər ötən gün əvvəlki əzəmətinə bir addım da yaxınlaşır.

Musavat.com xəbər verir ki, tarixi-mədəni irsimizin paytaxtı sayılan Şuşada yaşayış binaları, inzibati obyektlər, məscidlər və digər sosial infrastruktur layihələrinin tikintisi sürətlə davam etdirilir. Şəhərin tarixi siması qorunmaqla yanaşı, müasir şəhərsalma prinsipləri də uğurla tətbiq edilir.

Şuşanın diqqət çəkən məkanlarından biri də paytaxt Bakının məşhur "Tarqovı"sını xatırladan küçədir. Səliqəli daş döşəmələri, zövqlə qurulan memarlıq ansamblı, işıqlandırma sistemi və estetik görünüşü bu küçəyə xüsusi ab-hava bəxş edir. Burada gəzən hər kəs həm qədim Şuşanın ruhunu hiss edir, həm də müasir şəhərin komfortunu yaşayır.

Sanki bu küçə Şuşaya yeni nəfəs, yeni dinamizm qazandırır. Tarixi irslə müasirliyin harmoniyasını əks etdirən bu məkan şəhərin ən cəlbedici ünvanlarından birinə çevrilməkdədir.

Şuşanın gündən-günə dəyişən siması, həyata keçirilən bərpa layihələri və yaradılan müasir infrastruktur şəhərin yaxın gələcəkdə regionun ən gözəl turizm və mədəniyyət mərkəzlərindən birinə çevriləcəyini göstərir.

Musavat.com Şuşanın "Tarqovı"ını xatırladan həmin küçəsindən çəkilmiş fotoları oxucularına təqdim edir.

Şuşa 1.jpg (247 KB)
Şuşa 2.jpg (221 KB)
Şuş a4.jpg (213 KB)
Şuşa 9.jpg (182 KB)
Şuşa 10.jpg (223 KB)
Şuşa 11.jpg (211 KB)

 

Şuşa 3.jpg (231 KB)

Şahanə Rəhimli

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin