Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında
Şuşa rayonunun ərazisi 0,29 min kvadrat kilometr, bir kvadrat kilometrə düşən əhalinin sayı isə 87 nəfər təşkil edir.
2026-cı ilin aprel ayının 1-i vəziyyətinə Şuşa rayonunun əhalisinin sayı 25321 nəfər olmuşdur. Bu ilin ilk üç ayı ərzində qeydiyyat şöbəsi tərəfindən 54 doğum, 44 ölüm, 24 nikah və 18 boşanma halları qeydə alınmış, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə doğulanların sayı 8,0-dən 8,7-dək, ölənlərin sayı 5,5-dən 7,0-dək, boşanmaların sayı 2,6-dan 2,9-dək artmış, nikahların sayı isə 7,4-dən 3,8-ə düşmüşdür.
Şuşa Rayon Statistika İdarəsinin
baş məsləhətçisi Orxan Həsənov
shushainfo.com
0 Rəy