2025-ci ildə Füzuli rayonu üzrə bəzi demoqrafik göstəricilərlə bağlı statistik məlumatlar
01 yanvar 2026-cı il vəziyyətinə Füzuli rayonunun əhalisinin sayı 132164 nəfər təşkil etmişdir.
Ötən il Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən 1476 doğulan körpə qeydə alınmış və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,6-dan 11,2-yə düşmüşdür.
2025-ci ildə Füzuli rayonu üzrə 784 ölüm halı qeydə alınmış və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,3-dən 5,9-a düşmüşdür.
Küçən il ərzində qeydiyyat şöbəsi tərəfindən rayonda 708 nikaha daxilolma və 283 boşanma halları qeydə alınmış, 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinənikahların sayı dəyişməyərək eyni səviyyədə (5,4) qalmış, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşmüşdür.
Füzuli Rayon Statistika İdarəsi
shushainfo.com
0 Rəy