Zəngilanın bir yaz səhəri…

İşğaldan azad olunan Zəngilan rayonunda dağların ətəkləri sarı çiçəklərlə bəzənib, təmiz yaz havası insana xoş ovqat bəxş edir. Digər yaşayış məntəqələrimiz kimi, Məmmədbəyli kəndi də öz sakinlərinə qovuşub. Kənddə müasir evlər və arxada qarlı zirvələr gözəl bir mənzərə yaradır.

Uşaq bağçasının həyətində balacalar yeni günə idmanla başlayırlar. Müəllimlər uşaqlara müxtəlif hərəkətlər öyrədir, onların üzündə sevinc və həvəs görünür. Oyun meydançasında digər uşaqlar yelləncək və sürüşkəndə əylənirlər, gülüş səsləri ətrafa yayılır.

Zəngilanın bu yaz səhəri əmin-amanlığın, inkişaf və yeni həyatın təzahürüdür.(azertac)

Rəylər

Aşağıdakı məlumatları qeyd edin