Azərbaycandan keçən 7 vaqonla Ermənistana taxıl daşınıb

Bu gün Rusiyaya məxsus növbəti taxıl yükü Azərbaycan ərazisindən keçməklə Biləcəri Dəmiryol Stansiyasından Ermənistana yola salınıb.

Modern.az xəbər verir ki, 7 vaqondan ibarət yük qatarı ümumilikdə 488 ton taxıl daşıyır.

Qatarın hərəkət marşrutu üzrə yük əvvəlcə Böyük Kəsik Dəmiryol Stansiyasına çatdırılacaq, daha sonra isə Gürcüstan ərazisi vasitəsilə Ermənistan istiqamətində yola düşəcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 23 min tondan çox taxıl, həmçinin 700 tondan çox gübrə göndərilib. Azərbaycan üzərindən həyata keçirilən bu cür tranzit daşımalar regionda nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsinə və beynəlxalq yükdaşımaların səmərəliliyinin artırılmasına xidmət edir.

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin