Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev martın 17-də yeni salınmış Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb.

Dövlət Komitəsindən verilən məlumata görə, Cəbrayıl Rayon Ağsaqqallar Şurasının üzvlərinin də iştirak etdiyi görüşdə əsasən, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının sakinlərinin müraciətlərinə baxılıb.

Vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub, digərlərinin qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərir. Hazırda dövlətimizin başçısının qarşıya qoyduğu ən mühüm vəzifə keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə, doğma yurda qayıdışını sürətləndirmək, orada təhlükəsiz və layiqli həyat şəraiti yaratmaqdır. Qayıdış prosesinin uğurla davam etdiyi, mərhələli qaydada aparılan bu prosesdə, ilk növbədə, müvəqqəti məskunlaşma yerlərinə ən ağır vəziyyətdə yaşayanların köçürülməsinə üstünlük verildiyi vətəndaşların diqqətinə çatdırılıb.

Vətəndaşların müraciətlərində əsasən, Böyük Qayıdışın təşkili, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər məsələlərlə bağlı müraciətlər təşkil edib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin