2025-ci il üzrə Füzuli rayonunda kənd təsərrüfatı işlərinin yekunlarına dair statistik qiymətləndirmə

Kənd təsərrüfatı sahəsi Füzuli rayonunun iqtisadiyyatında mühüm yer tutur. Aqroiqlim xüsusiyyətinə görə, rayon münbit torpaqlara və mülayim iqlim şəraitinə malikdir ki, bu da kənd təsərrüfatının inkişafına əlverişli şərait yaradır.
2025-ci ildə kənd təsərrüfatında ümumi məhsul istehsalının faktiki qiymətlərlə dəyəri 171483,9 min manat olmuşdur ki, onunda 65,9 faizini (112957,7 min manat) bitkiçilik və 34,1 faizini (58525,3 min manat) isə heyvandarlıq məhsulları təşkil edir. Ötən illin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul istehsalı müqayisəli qiymətlərlə 7,9 faiz artmışdır.
2025-ci ildə Füzuli rayonunda 39495,3 hektar sahədən ilkin çəkidə 144099,9 ton dənli və dənli paxlalı bitkilər toplanmışdır. Hər hektar sahəyə düşən orta məhsuldarlıq 36,5 sentner təşkil edir.Beləki 2025-ci ilin məhsulu üçün 25214,1 hektar buğda sahəsindən 91242,2 ton və 13607,7 hektar sahədən isə 47695 ton arpa məhsulu toplanmışdır. Buğda üzrə hər hektara düşən məhsuldarlıq 36,2 sentner, arpa üzrə isə 35,1 sentner təşkil edir. Qarğıdalı bitkisi üzrə isə 673,5 hektar sahədən 5162,7 ton ilkin çəkidə məhsul toplanmışdır. Hər hektar sahəyə düşən məhsuldarlıq 76,7 sentner təşkil edir.
Kartof bitkisi üzrə 168,0 hektar əkin sahəsindən 2114,5 ton məhsul yığılmışdır ki, bu da ötən ilə nisbətən 82,0 ton və ya 4,0 faiz çox olmuşdur.
Tərəvəz bitkiləri üzrə 755,9 hektar əkin sahəsindən 13521,8 ton məhsul götürülmüşdür ki, bu da ötən il ilə müqayisədə 1713,2 ton çox olmuşdur.
Bostan məhsulları üzrə 289,0 hektar əkin sahəsindən 3608,9 ton məhsul götürülmüşdür ki, bu da ötən ilə nisbətən 26,1 ton və ya 0,7 faiz çox olmuşdur.
Bağlar və giləmeyvəliklər üzrə 719,8 hektar əkin sahəsindən 2013,8 ton məhsul götürülmüşdür ki, bu da ötən ilə nisbətən 228,2 ton və ya 12,8 faiz çox olmuşdur.
Üzüm bitkisi üzrə isə 205,6 hektar əkin sahəsindən 1230,7 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 181,3 ton yaxud 17,3 faiz çox olmuşdur.
Füzuli rayonunda 2026-ci ilin məhsulu üçün 40395 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilərin səpini aparılmışdır.Səpin işi aparılmış ərazilərin büyük hissəsini dən üçün payızlıq bitkilər təşkil edir.Dən üçün payızlıq bitkilərin əkin sahəsi 40185 hektar təşkil edir ki, bununda 23162 hektarı buğda ,17023 hektarı isə arpa əkinlərinin payına düşür.
2025-ci ildə 3135,7 ton diri çəkidə ət, 28915,9 ton süd, 17998,0 min ədəd yumurta, 267,0 ton yun və 7,2 ton barama istehsal edilmişdir.
Füzuli rayonunda 2025-ci ilin 01 yanvar vəziyyətinə 24978 baş iribuynuzlu mal-qara (ondan 12662 baş inək və camışlar), 107358 baş isə qoyun və keçilər mövcuddur.
Rayonda fəaliyyət göstərən süni mayalandırma məntəqələrində 2025-ci ilin yanvar-dekabr ayları üçün süni mayalandırılmış 1244 baş inək,camış və düyələrdən 743 baş bala alınmışdır.

Füzuli Rayon Statistika İdarəsi

aparıcı məsləhətçi

 Anar Əlizadə

shushainfo.com

Rəylər

Aşağıdakı məlumatları qeyd edin