Xankəndi şəhərinə növbəti köç həyata keçirilib - AÇIQLAMA
Xankəndi şəhərinə bu gün ilk köç həyata keçirilib. Bu günkü köç çərçivəsində 36 ailə, ümumilikdə 162 nəfər Xankəndi şəhərinə köçürüldü. Köçürülən ailələr üçün yaşayış şəraitinin yaxşılaşdırılması, sosial təminat və infrastruktur imkanlarının artırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür. Müasir tələblərə cacab verən mənzillər təmir edilmişdir.
Bu sözləri Komitə yanında İctimai Şuranın sədri və “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Anar Xəlilov bildirib ki, bu proses təkcə məskunlaşma deyil, eyni zamanda sosial adaptasiya və cəmiyyətə inteqrasiyanı da əhatə edir:
“Köç edən ailələrin sosial rifahının təmin olunması, təhsil və maarifləndirmə imkanlarına çıxışının genişləndirilməsi əsas prioritetlərdəndir. Vətəndaş cəmiyyəti institutları olaraq bu istiqamətdə bizlər də dəstək və maarifləndirici fəaliyyətlərimizi davam etdirməliyik”.
Qeyd edək ki, Xankəndi şəhərinə köç proqramı əlaqədar dövlət təşkilatlarının təşkilatçılığı ilə həyata keçirilib. Keçmiş köçkünlər arasında mənzillərin paylanılması prossesində biz vətəndaş cəmiyyətinin də nümayəndələri Dövlət Komitəsi ilə yaxından əməkdaşlıq edir prossesi müşahidə edirik. Prosses şəffav şəraitdə həyata keçirilir. Ölkə rəhbərinin rəhbərliyi ilə həyata keçirilən geniş bərpa-quruculuq işləri sayəsində qarşıdakı mərhələlərdə daha çox ailənin köçürülməsi planlaşdırılır.(qht.az)
Pərvanə Fərhadqızı
0 Rəy