Füzuli rayonunda payızlıq bitkilərin səpin işləri başa çatmışdır
Füzuli Rayon Statistika İdarəsindən verilən məlumata görə 2026-cı ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmışdır. Cari il yanvar ayının 1-i vəziyyətinə 40395 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. Səpin aparılmış sahənin 99,5 faizini və yaxud 40185 hektarını dən üçün payızlıq bitkilər təşkil etmişdir ki, onun da 23162 hektarı buğda, 17023 hektarı arpa əkinlərinin payına düşür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə dən və yaşıl yem üçün payızlıq bitkilərin əkin sahəsi 4,6 faiz genişləndirilmişdir. Bundan başqa dən üçün payızlıq bitkilərin səpin sahəsi 4,5 faiz, o cümlədən arpanın 28,3 faiz artmış, buğdanın isə 8,1 faiz azalmışdır.
shushainfo.com
0 Rəy