Ağdamda əmək yarmarkası təşkil edilib
09 dekabr 2025-ci il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin və Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq Filialının birgə təşkilatçılığı ilə rayonun Quzanlı qəsəbəsində, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin binasında 10 işəgötürən ilə əmək yarmarkası təşkil olunub.
"Unikal" xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ Regional Məşğulluq Filialının müdiri Babək Tağıyev, işəgötürənlərin nümayəndələri işsiz və işaxtaran şəxslər iştirak etmişdir. İşəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilib, işsiz və işaxtaran şəxslərə 85 sayda boş iş yerləri təqdim olunub.
Filial tərəfindən təqdim olunmuş vakansiyalara dair tələblər təhlil olunaraq Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Əmək və Məşğulluq Alt Sistemində işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 222 vətəndaşla iş aparılmış, uyğun namizədlər tədbirə cəlb edilib. Cəlb edilmiş şəxslər arasında müharibə iştirakçıları və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslər yer alıb.
İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.





0 Rəy