2025-ci ilin yanvar-sentyabr aylarında Cəbrayıl rayonunun sosial-iqtisadi inkişafı haqqında
2025-ci ilin yanvar-sentyabr aylarında Cəbrayıl rayonunda kənd təsərrüfatı sahəsində 31869,4 min manat məhsul istehsal olmuşdur.
2025-ci ildə əkin sahələri 14432,3 hektar olmuşdur. Bu əkin sahələrinin 3422,3 hektarı ailə kəndli təsərrüfatlarının, 11010,0 hektarı isə özəl sektorun payına düşür.
Əkin sahələrinin 10546,0 hektarını buğda, 2265,0 hektarını arpa, 26,0 hektarını şəkər çuğunduru, 34,8 hektarını kartof, 70,0 hektarını tərəvəz, 0,5 hektarını bostan, 294,7 hektarını cari ilin yazlıq çoxillik otları (yonca), 1195,3 hektarını keçmiş illərin çoxillik ot bitkiləri (yonca) təşkil edir.
01 oktyabr 2025-ci il vəziyyətinə əkin altında olan sahələrdən 16289,5 ton taxıl, o cümlədən 12144,5 ton buğda, 4145,0 ton arpa, həmçinin 605,5 ton kartof, 1084,7 ton tərəvəz istehsal edilmişdir.
01 oktyabr 2025-ci il vəziyyətinə 4689,05 kq, keçən ilin müvafiq dövründə 5336,30 kq barama istehsal edilmişdir. Rayon üzrə barama istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz və ya 647,25 kq azalmışdır.
01 oktyabr 2025-ci il tarixinə heyvandarlıq sahəsində bütün təsərrüfat kateqoriyalarında 11514 baş iri buynuzlu mal-qara, o cümlədən 4607 baş inək və camış, 90402 baş qoyun və keçi mövcud olmuşdur.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qaranın sayı 592 baş, inək və camışların sayı 279 baş, qoyun və keçilərin sayı isə 5105 baş artmışdır.
Hesabat dövründə ət istehsalı (diri çəkidə) 1691 ton, süd istehsalı 7431 ton, yumurta istehsalı 4618 min ədəd, yun istehsalı isə 166 ton olmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 30 ton, süd istehsalı 146 ton, yumurta istehsalı 104 min ədəd, yun istehsalı isə 2 ton artmışdır.
Cəbrayıl Rayon Statistika İdarəsinin
rəisi Sahib Süleymanov
0 Rəy