2025-ci ilin yanvar-sentyabr aylarında Şuşa rayonunun sosial-iqtisadi inkişafı
2025-ci ilin yanvar-sentyabr aylarında
Şuşa rayonunun sosial-iqtisadi inkişafı
Ümumi məhsul buraxılışı. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Şuşa rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı əvvəlki ilin müvafiq dövrünə nisbətən 23,3 faiz azalaraq 320179,5 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən dəyəri 12681,9 manat təşkil etmişdir.
Məhsulun 28157,1 min manatı sənaye sahəsində, 11257,0 min manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 276599,9 min manatı tikinti sahəsində, 496,5 min manatı nəqliyyat və anbar təsərrüfatı sahəsində, 140,0 min manatı informasiya və rabitə sahəsində, 3529,0 min manatı isə ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində istehsal olunmuşdur.
Sənaye. Sənaye müəssisələrində 2025-ci ilin yanvar-sentyabr ayları ərzində məhsul istehsalı 28157,1 min manat olmuş və onun 1,0 min manatı emal sənayesinin (qida məhsullarının istehsalı), 28156,1 min manatı isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsinin payına düşmüşdür.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində isə yerinə yetirilmiş işlərin dəyəri 13532,9 min manat olmuşdur. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində sənaye istehsalının indeksi (sabit qiymətlərlə) 2024-cü ilin müvafiq dövrünə nisbətən 173,0 faiz olmuşdur.
Sənaye müəssisələrində 2025-ci ilin yanvar-sentyabr ayları ərzində 205 nəfər çalışmış və onlara 2986,9 min manat əməkhaqqı fondu hesablanmışdır. Bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 1618,9 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 100,6 faiz təşkil etmişdir.
Tikinti. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində əsas kapitala 277883,0 min manat investisiya yönəldilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 71,4 faiz təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 276599,9 min manatı tikinti quraşdırma işlərinə sərf olunmuşdur.
Tikinti quraşdırma işlərinin 270439,7 min manatını dövlət mülkiyyətli, 6160,2 min manatını isə qeyri-dövlət mülkiyyətli müəssisələr tərəfindən yerinə yetirilmişdir.
2025-ci ilin yanvar-sentyabr ayları ərzində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş tikinti işlərinin həcmi 1066,5 min manat, o cümlədən inşa, yenidənqurma və bərpa işləri üzrə 891,8 min manat, sair tikinti işləri üzrə isə 174,7 min manat olmuşdur.
Kənd təsərrüfatı. Şuşa rayonu üzrə 2025-ci ilin məhsulu üçün 01 yanvar 2025-ci il vəziyyətə 1844,0 hektar sahədə şumlama işi aparılmış, ondan 926,1 hektarında buğda, 637,8 hektarında arpa, 117,7 hektarında isə yaşıl yem üçün xəsil əkilmişdir. Məhsul yığımı üçün yaz əkininin sonunadək salamat qalan sahə 926,1 hektar buğda sahəsi və 637,8 hektar arpa sahəsi olmuşdur.
2025-ci ilin məhsulu üçün rayon üzrə yazlıq əkin də aparılmışdır. Yazlıq əkindən 32,0 hektar sahədə tərəvəz, 2,0 hektar sahədə kartof, 35,5 hektar sahədə isə yazlıq yonca və 43,5 hektar sahədə ərzaq üçün bostan bitkiləri (10,0 hektar yemiş, 33,5 hektar qarpız) əkilmişdir.
Beləliklə, 2025-ci ilin məhsulu üçün 1864,8 hektar əkin sahəsi vardır. Bunun 1681,6 hektarı payızlıq, 113,0 hektarı yazlıq və 70,2 hektarı isə keçən illərdən qalmış yonca sahəsidir. Bundan başqa rayonumuzda 11,5 hektar bağ sahəsi vardır.
01 oktyabr 2025-ci il tarixinə bütün əkin sahələrində məhsul yığımı başa çatmışdır.
2025-ci il oktyabr ayının 01-i tarixinə 926,1 hektar buğda sahəsindən 2387,0 ton məhsul əldə edilmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən 333,2 ton və ya 16,2 faiz çox olmuşdur. Keçən il məhsuldarlıq 20,0 sentner/ha olduğu halda, bu il 25,8 sentner/ha olmuşdur.
2025-ci il oktyabr ayının 01-i tarixinə 637,8 hektar arpa sahəsindən 1496,6 ton məhsul əldə edilmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən 39,7 ton və ya 2,7 faiz çox olmuşdur. Keçən il məhsuldarlıq 19,0 sentner/ha olduğu halda, bu il 23,4 sentner/ha olmuşdur.
2025-ci il oktyabr ayının 01-i tarixinə 2,0 hektar kartof sahəsindən 33,0 ton məhsul əldə edilmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən 69,3 ton və ya 67,7 faiz azdır. Məhsuldarlıq keçən il 157,4 sentner/ha olduğu halda, bu il 165,0 sentner/ha olmuşdur.
2025-ci il oktyabr ayının 01-i tarixinə 32,0 hektar tərəvəz sahəsindən 671,4 ton məhsul əldə edilmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən 409,3 ton və ya 37,9 faiz az olmuşdur. Keçən il məhsuldarlıq 202,0 sentner/ha olduğu halda, bu il 209,8 sentner/ha olmuşdur.
2025-ci il oktyabr ayının 01-i tarixinə 43,5 hektar ərzaq üçün bostan bitkiləri sahəsindən 886,3 ton məhsul əldə edilmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən 719,0 ton və ya 44,8 faiz az olmuşdur. Keçən il məhsuldarlıq 175,4 sentner/ha olduğu halda, bu il 203,7 sentner/ha olmuşdur.
2025-ci il oktyabr ayının 01-i tarixinə 105,7 hektar yonca sahəsindən 465,0 ton məhsul əldə edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 19,4 ton və ya 4,4 faiz çox olmuşdur. Keçən il məhsuldarlıq 44,3 sentner/ha olduğu halda, bu il 44,0 sentner/ha olmuşdur.
2025-ci il oktyabr ayının 01-i tarixinə 11,5 hektar meyvə bağı sahəsi vardır ki, 01 oktyabr 2025-ci il vəziyyətinə məhsul yığımı aparılmamışdır.
2025-ci il oktyabr ayının 01-i tarixinə heyvandarlıq sahəsində rayon üzrə bütün təsərrüfat kateqoriyalarında 4399 baş iribuynuzlu mal-qara, o cümlədən 2139 baş inək və camış, 22087 baş qoyun və keçi mövcud olmuşdur.
01 oktyabr 2025-ci il tarixinə ötən ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qaranın sayı 976 baş və ya 18,2 faiz, o cümlədən inək və camışların sayı 413 baş və ya 16,2 faiz, qoyun və keçilərin sayı isə 11199 baş və ya 33,6 faiz az olmuşdur.
2025-ci il oktyabr ayının 01-i tarixinə ət istehsalı 9037,0 sentner (diri çəkidə), süd istehsalı 16130,0 sentner, yumurta istehsalı 790,0 min ədəd, yun istehsalı isə 350,0 sentner olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 6167,0 sentner və ya 225,1 faiz artmış, süd istehsalı 690,0 sentner və ya 4,1 faiz, yumurta istehsalı 6,0 min ədəd və ya 0,8 faiz yun istehsalı isə 130,0 sentner və ya 27,1 faiz az olmuşdur.
2025-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə məhsul buraxılışının həcmi 11257,0 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 52,9 faiz çox olmuşdur. Sahə üzrə məhsul buraxılışının 2949,1 min manatını (26,2 faiz) bitkiçilik, 8307,9 min manatını (73,8 faiz) heyvandarlıq məhsulları təşkil etmişdir.
Nəqliyyat. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində nəqliyyat sahəsində məhsul buraxılışının həcmi 496,5 min manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 5,9 faiz az olmuşdur.
2025-ci ilin yanvar-sentyabr ayları ərzində avtomobil nəqliyyatı ilə 81,0 min ton yük, 752 min sərnişin daşınmışdır. 2024-cü ilin müvafiq dövrünə nisbətən yük daşınması 5,2 faiz, sərnişin daşınması isə 5,2 faiz artmışdır.
İnformasiya və rabitə. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində informasiya və rabitə xidmətlərinin həcmi 140,0 min manat olmuş və 2024-cü ilin müvafiq dövrünə nisbətən 7,3 faiz azalmışdır.
Ticarət; nəqliyyat vasitələrinin təmiri. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində məhsul buraxılışının həcmi 3529,0 min manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 8,2 faiz çox olmuşdur.
Hesabat dövründə rayon üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi 11028,1 min manat, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə 3599,7 min manat olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsinin həcmi 8,2 faiz artmış, ödənişli xidmətlərin həcmi isə 14,1 faiz azalmışdır.
Muzdlu işçilər və əməkhaqqı. Şuşa rayonunda 01 oktyabr 2025-ci il tarixinə 15 və yuxarı yaşda olan əmək qabiliyyətli əhalinin 72,6 faizini iqtisadi fəal əhali təşkil etmişdir. İqtisadi fəal əhalinin tərkibində məşğul olanların xüsusi çəkisi 93,5 faiz olmuşdur.
2025-ci ilin yanvar-sentyabr ayları ərzində rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 2539 nəfər, onlara hesablanmış əməkhaqqı fondu 21679,5 min manat, orta aylıq nominal əməkhaqqı 948,9 manat təşkil etmişdir. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində isə orta aylıq nominal əməkhaqqı 815,2 manat təşkil etmişdir. Orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 16,4 faiz artmışdır.
Yeni iş yerləri. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində 46 vahid yeni iş yeri açılmışdır ki, onların da hamısı daimi yeni iş yeri olmuşdur. Açılan yeni iş yerlərindən 24-ü mövcud müəssisə və təşkilatlarda, 20-si fəaliyyəti bərpa edilmiş hüquqi şəxslərdə, 2-si isə yeni yaradılmış müəssisə və təşkilatlarda açılmışdır.
|
|
|
|
Demoqrafik vəziyyət haqqında. Şuşa rayonunun ərazisi 290,0 kvadrat kilometr, əhalisinin sıxlığı isə bir kvadrat kilometrə 87 nəfər təşkil edir.
2025-ci ilin oktyabr ayının 1-i vəziyyətinə Şuşa rayonunun əhalisinin sayı 25,3 min nəfər olmuşdur. Doğulanların sayı 174 nəfər, ölənlərin sayı 88 nəfər, təbii artım 86 nəfər olmuşdur. Rayon üzrə nikahların sayı 109, boşanmaların sayı 49 olmuşdur.
Şuşa Rayon Statistika İdarəsinin
rəisi Anar Xəlilov
shushainfo.com
0 Rəy