Cəbrayıl Rayon Statistika idarəsi Ümumdünya Statistika Günü ilə bağlı tədbir keçirib
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2010-cu ildə qəbul etdiyi qətnamə ilə hər beş ildən bir 20 oktyabr tarixində Ümumdünya Statistika Gününün qeyd olunmasını elan etmişdir. Bununla bağlı 13 oktyabr 2025-ci il tarixdə Cəbrayıl və Şuşa Rayon Statistika İdarələri tərəfindən birgə tədbir təşkil edilmişdir. Tədbirdə Cəbrayıl və Şuşa Rayon Statistika İdarələrinin əməkdaşları ilə yanaşı- “Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin sədri Vüqar Cəfərov, “Gənclər Mərkəzi” İctimai Birliyinin sədri Kənan Qubadzadə, Nəsimi Rayon Bələdiyyəsinin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş nitqi ilə Şuşa Rayon Statistika İdarəsinin rəisi Anar Xəlilov açaraq Ümumdünya Statistika Gününün yaranma tarixindən və statistikanın ölkənin sosial-iqtisadi inkişafındakı mövqeyi haqqında geniş məruzə etmişdir. O, məruzəsində ölkə başçısı İlham Əliyevin statistika sahəsinə göstərdiyi diqqət və qayğını xüsusi olaraq qeyd etmişdir. Sonra Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi Sahib Süleymanov çıxış edərək statistikanın ölkə iqtisadiyyatındakı əhəmiyyətini vurğulamış, statistika əməkdaşlarını təbrik edərək, işlərində uğurlar arzulamış, daha diqqətli və məsuliyyətli olmağı qeyd etmişdir.
Tədbirdə iştirak edən Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Cəfərov da çıxış edərək statistika haqqında öz fikirlərini bildirmiş, bu sahədə çalışan əməkdaşları təbrik etmişdir.
Tədbir zamanı Cəbrayıl və Şuşa Rayon Statistika İdarələrinin əməkdaşları da çıxş edərək 20 oktyabr Ümumdünya Statistika Gününü və Azərbaycanda statistikanın yaranma tarixi, inkişaf yolu haqqında öz fikirlərini bildirmişdirlər.
shushainfo.com
0 Rəy