2025-ci ilin yanvar-iyun aylarında Cəbrayıl rayonunun əhalisi haqqında
Cəbrayıl rayonunun ərazisi 1,04 min kvadrat kilometr, əhalisinin sıxlığı isə bir kvadrat kilometrə 71 nəfər təşkil edir.
2025-ci ilin 01 iyul vəziyyətinə rayonun əhalisi 73,6 min nəfər olmuş (o cümlədən şəhər əhalisi 11,5 min nəfər, kənd əhalisi 62,1 min nəfər) və 2025-ci ilin əvvəlindən 121 nəfər, yaxud 25,8 faiz azalmışdır. Rayon əhalisinin ümumi sayından 49,8 faizini kişilər (36,7 min nəfər), 50,2 faizini qadınlar (36,9 min nəfər) təşkil edir. Əhalinin 21,1 faizi 0-14 yaşda (15,5 min nəfər), 69,1 faizi 15-64 yaşda (50,9 min nəfər), 9,8 faizi (7,2 min nəfər) 65 və yuxarı yaşda olanlardır. Əhalinin 23,7 faizini (17,5 min nəfər) 14-29 yaşda olan yeniyetmələr və gənclər təşkil edir.
2025-ci ilin yanvar-iyun aylarında 344 nəfər doğulan körpə qeydə alınmış və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə bu göstərici artaraq 2,6-dan 2,3-ə düşmüşdür. Eyni ilə ölənlərin sayı 223 nəfər olmuş və 2024-cü ilin eyni dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə ölənlərin sayı təxminən eyni qalmışdır.
Hesabat dövründə Ədliyyə Nazirliyinin rayon qeydiyyatı şöbələri tərəfindən 216 nikah, 91 boşanma halları qeydə alınmış və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 0,3, boşanmaların sayı isə 0,1 faiz artmışdır.
2025-ci ilin yanvar-iyun aylarında rayon ərazisinə daimi yaşamaq üçün gələn və qeydiyyatdan çıxan olmamışdır.
Cəbrayıl Rayon Statistika İdarəsinin
rəisi Sahib Süleymanov
shushainfo.com
0 Rəy