2025-ci ilin yanvar-iyun aylarında Şuşa rayonu üzrə ümumi məhsul buraxılışı haqqında

2025-ci ilin yanvar-iyun ayları ərzində Şuşa rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı əvvəlki ilin müvafiq dövrünə nisbətən  1,8 faiz artaraq 259314,9 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən dəyəri 10249,6 manat təşkil etmişdir. 

Məhsulun 20641,3 min manatı sənaye sahəsində, 7947,3 min manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 228337,4 min manatı tikinti sahəsində,  322,6  min manatı nəqliyyat və anbar təsərrüfatı sahəsində, 140,1 min manatı informasiya və rabitə sahəsində, 1926,2 min manatı isə  ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində istehsal olunmuşdur. 

 

Şuşa Rayon Statistika İdarəsinin 

rəis müavini Anar Xəlilov

Rəylər

Aşağıdakı məlumatları qeyd edin