Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Yanvarın 31-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların
müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Prezident İlham Əliyevin apardığı mükəmməl siyasi xəttin ölkəmizin hərtərəfli və
davamlı inkişafını, bütün sosial layihələrin ardıcıl icrasını təmin etdiyi diqqətə çatdırılıb.
Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial
siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Onların mənzil-məişət
şəraitinin yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı
məskunlaşmasının təmin edilməsi üçün zəruri tədbirlər görülür. Məcburi köçkünlərin
mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban
Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.
Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması,
kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş
ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.
Komitə sədrinin qəbulunda əksəriyyəti məcburi köçkün olan vətəndaşların müraciətləri
dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər
araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin