Füzuli rayonu üzrə 2024-cü ildə əhalinin sayı haqqında məlumat
01 yanvar 2025-ci il tarixinə Füzuli rayonunda əhalinin sayı 131479 nəfər olmuşdur. Əhalinin 39,0 faizi şəhər, 61,0 faizi isə kənd əhalisindən ibarətdir. 2024-cü ildə əhalinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir.
2024-cü il ötən illə müqayisədə demoqrafik göstəricilərdə bir sıra dəyişikliklər olmuşdur.
2024-cü ildə Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərərfindən 1517 doğulan körpə qeydə alınmış və ötən il ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 12,2-dən 11,6-ə qədər azalmışdır.
Ötən ildə Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 705 nikah, 285 boşanma halları qeydə alınmış və 2023-cü il ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 5,4-ə , boşanmaların sayı isə 2,3-dən 2,2-yə düşmüşdür.
2024-cü il rayonda 820 ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,4-dən 6,3-ə qədər azalmışdır.
Əhalinin təbii hərəkətinin əsas göstəriciləri
cədvəl-22
Göstəricilər | Nəfər | Əhalinin hər 1000 nəfərinə | ||
2024-cü il | 2023-cü il | 2024-cü il | 2023-cü il | |
Ümumi artım | 697 | 866 | 5,3 | 5,8 |
Təbii artım | 697 | 866 | 5,3 | 5,8 |
doğulanlar | 1517 | 1778 | 11,6 | 12,2 |
ölənlər | 820 | 912 | 6,3 | 6,4 |
Nikahlar | 705 | 877 | 5,4 | 5,8 |
Boşanmalar | 285 | 299 | 2,2 | 2,3 |
Füzuli rayon Statistika İdarəsinin
Aparıcı məsləhətçisi
Anar Əlizadə
shushainfo.az
0 Rəy