Professor: Qarabağ Universitetində keçirilən panellər bizim üçün çox böyük təcrübə oldu

Avropa, Asiya, Afrika, Latın Amerikası, Şimali Amerika, Çin, Yaponiya və dünyanın müxtəlif bölgələrindən gələn mütəxəssislər forumda bir araya gələrək qlobal yeni nizamın gələcəyi barədə fikir mübadiləsi aparırlar.

Bunu Bakıda keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumun iştirakçısı, Pan-Avropa İttifaqının İspaniya ofisinin Baş katibi və La Rioja Universitetinin hüquq professoru Karlos Uriarte Sançez AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Forumda ilk dəfə iştirak etdiyini bildirən professor əlavə edib: “Qarabağ Universitetində keçirilən dünənki panellər bizim üçün çox böyük təcrübə oldu. Çünki qısa müddətdə belə heyrətamiz Universitetin yaradılmasının, həmçinin illər sonra tədricən küçələrin yeniləndiyinin şahidi olduq. Biz Füzuli Beynəlxalq Aeroportundan Xankəndiyə gedərkən yolların hələ də tikilməkdə davam etdiyini gördük”.

Bu gün, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıb-söhbət etmək imkanına nail olduqlarını vurğulayan Karlos Uriarte Sançez deyib: “Onun bizə bu qədər yaxın və səmimi yanaşması, beynəlxalq əlaqələr, Azərbaycan, Avropa, eləcə də enerji istehsalı və yaşıl enerji ilə bağlı ünvanladığımız suallara açıq şəkildə cavab verməsi olduqca təsirli və dəyərli idi”.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin