2024-cü il üzrə Cəbrayıl rayonunun demoqrafik vəziyyəti
Cəbrayıl rayonunun ərazisi 1,04 min kvadrat kilometr, əhalisinin sıxlığı isə bir kvadrat kilometrə 70 nəfər təşkil edir.
2025-ci ilin 01 yanvar vəziyyətinə rayonun əhalisi 73,5 min nəfər olmuş (o, cümlədən şəhər əhalisi 11,4 min nəfər, kənd əhalisi 62,1 min nəfər) və il ərzində 375 nəfər, yaxud 0,5 faiz artmışdır. Rayon əhalisinin ümumi sayından 49,8 faizini kişilər (36,6 min nəfər), 50,2 faizini qadınlar (36,9 min nəfər) təşkil edir. Əhalinin 21,1 faizi 0-14 yaşda (15,5 min nəfər), 69,2 faizi 15-64 yaşda (50,9 min nəfər), 9,7 faizi (7,1 min nəfər) 65 və yuxarı yaşda olanlardır. Əhalinin 23,0 faizini (16,9 min nəfər) 14-29 yaşda olan yeniyetmələr və gənclər təşkil edir.
2024-cü ildə 793 doğulan körpə qeydə alınmışdır. 2023-cü illə müqayisədə bu göstərici 11,2-dən 10,6-ya düşmüşdür. Ötən il rayonda 418 ölüm halı qeydə alınmış və 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,2-dən 5,7-yə düşmüşdür.
2024-cü il ərzində rayonda 403 nikahadaxilolma və 167 boşanma halları qeydə alınmış və 2023-cü il ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı dəyışməyərək eyni qalmış, boşanmaların sayı isə artaraq 1,9-dan 2,3-ə çatmışdır.
2024-cü ildə rayon ərazisinə daimi yaşamaq üçün gələn 1 nəfər, qeydiyyatdan çıxan isə 5 nəfər olmuşdur.
Cəbrayıl Rayon Statistika İdarəsinin
rəisi Sahib Süleymanov
shushainfo.com
0 Rəy