Füzuli Rayon Statistika İdarəsində dəyirmi masa keçirilmişdir
06.03.2025-ci il tarixində Füzuli Rayon Statistika İdarəsinin İnzibati binasında rayonun aqrar sektronun inkişafına statistik baxış və bu il keçiriləcək olan kənd təsərrüfatı siyahıyaalınmasına dair dəyirmi masa keçirilmişdir.Tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə müavini , ərazi idarəetmə və yerli özünüidarətmə orqanları ilə iş şöbəsinin müdiri, Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini, o cümlədən digər şəxslər iştirak etmişdilər.
Füzuli Rayon Statistika İdarəsinin rəisi Rafiq Məstəliyev iclas iştirakçılarının nəzərinə aqrar sahənin hər iki bölməsi üzrə son 20 ildə rayon ərazisində olan statistik qiymətləndirməyə dair yekun göstəriciləri çatdırmışdır. Bundan əlavə iclas iştirakçılarına siyahıyaalınmanın keçirilməsi forması , tarixi , təlimatçı nəzarətçilərin və sayıcıların seçilmə qaydası , o cümlədən qəbul edilmiş normativ hüquqi aktlar çatdırılmışdır.
shushainfo.com
0 Rəy