2024-cü ildə Cəbrayıl rayonunun Ümumi məhsul buraxılışı haqqında
2024-cü ildə Cəbrayıl rayonunda iqtisadiyyatın əsas sahələri üzrə (sənaye, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət; nəqliyyat vasitələrinin təmiri) məhsul buraxılışı əvvəlki ilə nisbətən real ifadədə 31,1 faiz azalaraq 487798,5 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən dəyəri 6636,9 manat təşkil etmişdir.
2024-cü ildə məhsul buraxılışının ümumi həcminin 2023-cü ilə nisbətən azalması tikinti, sənaye, informasiya və rabitə sahələrinin hesabına olmuşdur.
Məhsulun 436626,8 min manatı tikinti sahəsində, 36834,9 min manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 6921,7 min manatı ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində, 4060,0 min manatı nəqliyyat və anbar təsərrüfatı sahəsində, 3155,9 min manatı sənaye sahəsində, 199,2 min manatı isə informasiya və rabitə sahəsində istehsal olmuşdur.
Əvvəlki illə müqayisədə müqayisəli qiymətlərlə məhsul istehsalı tikinti sahəsində 34,2 faiz, informasiya və rabitə sahəsində 33,6 faiz, sənaye sahəsində 0,3 faiz azalmış, nəqliyyat və anbar təsərrüfatı sahəsində 3,1 dəfə, ticarət; nəqliyyat vasitələrinin təmiri 38,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 9,8 faiz artmışdır.
Cəbrayıl Rayon Statistika İdarəsinin
rəisi Sahib Süleymanov
shushainfo.com
0 Rəy