Şuşa rayonu üzrə kənd təsərrüfatı işlərinin gedişi haqqında
Şuşa rayonu üzrə 2024-cü ilin məhsulu üçün 01 yanvar 2024-cü il vəziyyətinə 1876,1 hektar sahədə əkin işləri aparılmış və onun 1026,9 hektarında buğda, 736,8 hektarında arpa, 112,4 hektarında isə yaşıl yem üçün xəsil əkilmişdir.
2024-cü ilin məhsulu üçün yazlıq əkinlər də aparılmışdır. Yazlıq əkinlərdən 30,0 hektar sahədə yazlıq arpa, 53,5 hektar sahədə tərəvəz, 6,5 hektar sahədə kartof, 40,0 hektar sahədə yazlıq yonca və 91,5 hektar sahədə ərzaq üçün bostan bitkiləri (57,0 hektar yemiş, 34,5 hektar qarpız) əkilmişdir.
Beləliklə, 2024-cü ilin məhsulu üçün 2158,3 hektar əkin sahəsi mövcud olmuşdur. Əkin sahələrinin 1876,1 hektarı payızlıq, 221,5 hektarı yazlıq və 60,7 hektarı isə keçən illərdən qalmış yonca sahəsi olmuşdur.
Bundan başqa rayonda 12,5 hektar bağ sahəsi vardır.
2024-cü ilin məhsulu üçün əkin sahələri 2023-cü ilə nisbətən 685,2 hektar və ya 46,5 faiz artmışdır.
2024-cü il ərzində 1026,9 hektar buğda sahəsindən 20538,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən 899,9 sentner, yəni 78,0 faiz çox olmuşdur. Keçən il məhsuldarlıq 21,0 sentner/ha olduğu halda, bu il 20,0 sentner/ha olmuşdur.
2024-cü il ərzində 766,8 hektar arpa sahəsindən 14569,2 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən 3237,2 sentner, yəni 28,6 faiz çox olmuşdur. Keçən il məhsuldarlıq 20,2 sentner/ha olduğu halda, bu il 19,0 sentner/ha olmuşdur.
2024-cü il ərzində 6,5 hektar kartof sahəsindən 1023,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən 618,0 sentner, yəni 152,6 faiz çoxdur. Məhsuldarlıq keçən il 150,0 sentner/ha olduğu halda, bu il 157,4 sentner/ha olmuşdur.
2024-cü il ərzində 53,5 hektar tərəvəz sahəsindən 10807,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən 692,0 sentner, yəni 6,0 faiz az olmuşdur. Keçən il məhsuldarlıq 193,6 sentner/ha olduğu halda, bu il 202,0 sentner/ha olmuşdur.
2024-cü il ərzində 91,5 hektar ərzaq üçün bostan bitkiləri sahəsindən 16053,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən 590,0 sentner, yəni 3,8 faiz çox olmuşdur. Keçən il məhsuldarlıq 188,6 sentner/ha olduğu halda, bu il 175,4 sentner/ha olmuşdur.
2024-cü il ərzində 100,7 hektar yonca sahəsindən 4456,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 817,0 sentner, yəni 22,5 faiz çox olmuşdur. Keçən il məhsuldarlıq 42,1 sentner/ha olduğu halda, bu il 44,3 sentner/ha olmuşdur.
2024-cü il ərzində 12,5 hektar meyvə bağı olmuşdur ki, bundan da 12,5 hektarı da bar verən yaşda olmuşdur. Meyvə bağlarından 820,0 sentner məhsul əldə edilmiş, məhsuldarlıq 65,6 sentner/ha olmuşdur.
01 yanvar 2025-ci il vəziyyətinə heyvandarlıq sahəsində rayon üzrə bütün təsərrüfat kateqoriyalarında 5276 baş iri buynuzlu mal-qara, o cümlədən 2509 baş inək və camış, 31368 baş qoyun və keçi mövcud olmuşdur.
01 yanvar 2025-ci il tarixinə ötən ilin müvafiq dövrünə nisbətən iri buynuzlu mal qaranın sayı 201 baş və ya 4,0 faiz, o cümlədən inək və camışların sayı 88 baş və ya 3,6 faiz artmış, qoyun və keçilərin sayı isə 1054 baş və ya 3,3 faiz az olmuşdur.
2024-cü il ərzində ət istehsalı 4992,0 sentner (diri çəkidə), süd istehsalı 20413,0 sentner, yumurta istehsalı 912,0 min ədəd, yun istehsalı isə 480,0 sentner olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1264,0 sentner və ya 33,9 faiz, süd istehsalı 25,0 sentner və ya 0,1 faiz, yumurta istehsalı 3,0 min ədəd və ya 0,3 faiz çox olmuşdur. Yun istehsalı isə 60,0 sentner və ya 11,1 faiz az olmuşdur.
2024-cü il ərzində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə məhsul buraxılışının həcmi 9341,0 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz çox olmuşdur. Sahə üzrə məhsul buraxılışının 5606,5 min manatını heyvandarlıq, 3734,5 min manatını bitkiçilik məhsulları təşkil etmişdir.
Şuşa Rayon Statistika İdarəsinin
rəis müavini Asəf Mikayılov
shushainfo.com
0 Rəy