Füzuli rayonunda bitkilərin səpini başa çatmışdır
Füzuli rayonunda 2025-ci ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmışdır. Cari il yanvar ayının 1-i vəziyyətinə 38612 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. Səpin aparılmış sahənin böyük hissəsini dən üçün payızlıq bitkilər təşkil etmişdir ki, onun da 25194 hektarı buğda, 13268 hektarı arpa əkinlərinin payına düşür.
Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 14,6 faiz, o cümlədən buğdanın səpin sahəsi 21,2 faiz azalmış, arpanın səpin sahəsi isə 1,3 faiz artmışdır.
shushainfo.com
0 Rəy