2024-cü ilin yanvar-sentyabr aylarında Cəbrayıl rayonunda sənayenin inkişafı haqqında
2024-cü ilin yanvar-sentyabr aylarında mövcud olan 4 sənaye müəssisəsi fəaliyyət göstərmişdir.
2024-cü ilin yanvar-sentyabr aylarında istehsal olunmuş malların, yerinə yetirilmiş iş və xidmətlərin dəyəri faktiki qiymətlərlə 2568,8 min manat, ötən ilin müvafiq dövründə 2430,5 min manat olmuş və müqayisəli qiymətlərlə 9,8 faiz azalmışdır.
Sənaye fəaliyyəti ilə məşğul olan müəssisələr üzrə 2024-cü ilin yanvar-sentyabr aylarında hesablanmış əməkhaqqı fondu 892,1 min manat olmuşdur. Ötən ilin müvafiq dövründə bu göstərici 786,1 min manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməkhaqqı fondu 13,5 faiz artmışdır.
Bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 2024-cü ilin yanvar-sentyabr aylarında 634,5 manat, ötən ilin müvafiq dövründə 570,4, manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal əməkhaqqı 11,2 faiz çox olmuşdur.
Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi
Sahib Süleymanov
shushainfo.com
0 Rəy