Şuşa və Xocalıda Qarabağ Universitetinin filiallarının açılması nəzərdə tutulur

"2025-2027-ci illər ərzində Şuşa və Xocalıda Qarabağ Universitetinin filiallarının açılması nəzərdə tutulur".

Moderator.az xəbər veriri ki, bu sözləri jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Xankəndidə işlərimiz davam edir. Musiqi və incəsənət, turizm fakültəsinin burada olması planlaşdırılır. Həmçinin Şuşada turizm fakültəsinin, Xocalıda isə kənd təsərrüfatı fakültəsinin yaradılması planlaşdırılır. Qarabağ Universitetinin Bakı şəhərində filialının yaradılması isə hələ ki, nəzərdə tutulmur”, - deyə nazir bildirib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin