Şuşa rayonunda ümumi məhsul buraxılışı və onun istifadəsi
2024-cü ilin yanvar-sentyabr aylarında Şuşa rayonunda iqtisadiyyatın əsas sahələri üzrə (sənaye, kənd təsərrüfatı, tikinti-quraşdırma işləri, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət; nəqliyyat vasitələrinin təmiri) məhsul buraxılışı əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,9 faiz artaraq, 410378,5 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən dəyəri 16349,7 manat təşkil etmişdir.
Rayonda istehsalın ümumi həcminin artmasının əsas səbəbi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə sənaye müəssisələrinin işlərinin 209,9 faiz, tikinti-quraşdırma işləri üzrə 16,2 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 127,2 faiz artmasıdır.
Məhsulun 13532,9 min manatı sənayedə, 6912,4 min manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 386148,9 min manatı tikinti-quraşdırma işləri sahəsində, 520,2 min manatı nəqliyyat və anbar təsərrüfatı sahəsində, 150,8 min manatı informasiya və rabitə sahəsində, 3113,3 min manatı isə ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində olmuşdur.
Şuşa Rayon Statistika İdarəsinin
rəisi Anar Xəlilov
0 Rəy