Qarabağda bu torpaqlar sakinlərə icarəyə veriləcək

Qarabağ və Şərqi Zəngəzurdakı aqrar təyinatlı torpaqlar icarəyə veriləcək.

 

Bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin oktyabrın 14-də keçirilən iclasında müzakirə edilən “Torpaq icarəsi haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərdə bağlı layihədə öz əksini tapıb.

Belə ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın aqrar təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.

.
Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin