2024-cü ilin yanvar-iyun aylarında Cəbrayıl rayonunda kənd təsərrüfatının inkişafı haqqında

2023-cü ildə əkin sahələrinin cəmi 8157,0 hektar, 2024-cü ildə isə 2,2 dəfə
artaraq 17761,2 hektar olmuşdur. Bu əkin sahələrinin 3393,2 hektarı ailə kəndli
təsərrüfatlarının, 14368,0 hektarı isə özəl sektorun payına düşür.
Əkin sahələrinin 14200,2 hektarını buğda, 1950,0 hektarını arpa, 17,2 hektarını
şəkər çuğunduru, 34,0 hektarını kartof, 69,0 hektarını tərəvəz, 0,8 hektarını bostan,
311,8 hektarını cari ilin yazlıq çoxillik otları (yonca), 1178,2 hektarını keçmiş illərin
çoxillik ot bitkiləri (yonca) təşkil edir.
01 iyul 2024-cü il vəziyyətinə əkin altında olan sahələrdən 8473,0 ton taxıl, o
cümlədən 4587,0 ton buğda, 3886,0 ton arpa, həmçinin 589,0 ton kartof, 217,0 ton
tərəvəz istehsal olunmuşdur.
01 iyul 2024-cü il vəziyyətinə 5336,3 kq, keçən ilin müvafiq dövründə 5623,9 kq
barama istehsal olunmuşdur. Rayon üzrə barama istehsalı əvvəlki illə müqayisədə 5,1
faiz və ya 287,6 kq azalmışdır.
01 iyul 2024-cü il tarixinə heyvandarlıq sahəsində bütün təsərrüfat
kateqoriyalarında 10922 baş iri buynuzlu mal-qara, o cümlədən 4315 baş inək və
camış, 86018 baş qoyun və keçi mövcud olmuşdur.
01 iyul 2024-cü il tarixinə mövcud olan mal-qaranın sayı ötən ilin müvafiq dövrü
ilə müqayisədə iri buynuzlu mal-qaranın sayı 57 baş, o cümlədən inək və camışların
sayı 92 baş artmış, qoyun və keçilərin sayı isə 6939 baş azalmışdır.
Hesabat dövründə ət istehsalı 1073 ton (diri çəkidə), süd istehsalı 4652 ton,
yumurta istehsalı 3090 min ədəd olmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
ət istehsalı 12 ton azalmış, süd istehsalı 79 ton, yumurta istehsalı isə 72 min ədəd
artmışdır.

Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi
Sahib Süleymanov

Rəylər

Aşağıdakı məlumatları qeyd edin