Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur

Məlum olduğu kimi, bu gündən Azərbaycanda yeni dərs ili başlayır. Yeni tədris ilində Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur.

Musavat.com xəbər verir ki, yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.

2024-2025-ci tədris ilində respublika üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub.

Qeyd edək ki, 2024-2025-ci tədris ilində ali təhsil pilləsində Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti qapılarını ilk dəfə tələbələrin üzünə açır.

 

 


 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin