Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Məmməd Hüseyn oğlu Mirzəyevlə Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən vida mərasimi başa çatıb.

“Report”un Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi Quzanlı qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Ağdam Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin