2024-cü ilin yanvar-mart aylarında Cəbrayıl rayonunun əhalisi haqqında

        2024-cü ilin  01 aprel vəziyyətinə rayonun əhalisi 73,2 min nəfər olmuş (o cümlədən şəhər əhalisi 11,4 min nəfər, kənd əhalisi 61,8 min nəfər) və 2024-cü ilin əvvəlindən 95 nəfər, yaxud 0,1 faiz artmışdır. Rayon əhalisinin ümumi sayından 49,8 faizini kişilər (36,5 min nəfər),  50,2 faizini qadınlar (36,7 min nəfər) təşkil edir. Əhalinin 22,0 faizi 0-14 yaşda (16,1 min nəfər), 68,9 faizi 15-64 yaşda (50,5 min nəfər), 9,1 faizi (6,6 min nəfər) 65 və yuxarı yaşda olanlardır. Əhalinin 23,4 faizini (17,1 min nəfər) 14-29 yaşda olan yeniyetmələr və gənclər təşkil edir.

        2024-cü ilin yanvar-mart aylarında 199 nəfər doğulan qeydə alınmışdır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə hesabı ilə doğulanların sayı 0,1 faiz azalmışdır. İlin əvvəlindən ölənlərin sayı  isə 104 nəfər olmuşdur. 2023-cü ilin eyni dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə ölənlərin sayı  0,1 faiz azalmışdır. 

         2024-cü ilin yanvar-mart aylarında rayonda 86 nikah bağlanmış və 33 boşanma halı qeydə alınmışdır. Əhalinin hər min nəfərinə hesabı ilə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı sabit qalmış, boşanmaların sayı isə 0,1 faiz azalmışdır.

         2024-cü ilin yanvar-mart aylarında rayon ərazisinə daimi yaşamaq üçün gələn və qeydiyyatdan çıxan olmamışdır. 

 

 

Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi                                                       

Sahib Süleymanov                                 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin