Qarabağ Universiteti müəllim AXTARIR

Qarabağ Universitetində Azərbaycan dili, tarix, riyaziyyat, data analitikası, iqtisadiyyat, təhsil, fizika, hüquqşünaslıq, psixologiya və sosiologiya istiqamətləri üzrə müəllim vakansiyaları elan edilib.

 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Modern.az-a verilən xəbərə görə, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (istiqamət üzrə) müəllim” yazmaqla karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

 

Vakansiya üzrə son müraciət tarixi 25 iyun 2024-cü ildir. Namizədlər ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərlər: //edu.gov.az/.../Qaraba%C4%9F%20Universitetind%C9...

Rəylər

Aşağıdakı məlumatları qeyd edin