Zəngilan qayalıqlarında görünən iribuynuzlu dağ keçiləri

Ərazisi orta və alçaq dağlardan ibarət olan Zəngilan Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Zəngin təbiətə malik olan rayonun faunası da diqqət çəkir. Burada oxlu kirpi, çöl qabanı, ayı, cüyürlərə, eləcə də dağ keçisi, tülkü, boz dovşan, canavara rast gəlmək olur. Çöl quşlarından qırqovul, kəklik, meşə xoruzu, gəlincik, sərçə, vəhşi göyərçin və digər quşlar da Zəngilan faunasına gözəllik qatır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəngilan qayalıqlarında görünən iribuynuzlu dağ keçiləri şıltaq hərəkətləri ilə diqqət çəkib. Kadrlar rayonun Əmirxanlı kəndi ərazisində qeydə alınıb.

 

1 / 5

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin