Siyəzəndə Birinci Qarabağ müharibəsinin şəhidi Rüfət Cabbarov dəfn edilib

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rüfət Məmmədhüseyn oğlu Cabbarovla Siyəzən rayonunun Dağ Quşçu kəndində keçirilən vida mərasimi başa çatıb.

"Report"un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Dağ Quşçu kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Siyəzən Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin