Sülhməramlıların Qarabağdan çıxarılması davam edir
Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması prosesi davam edir.
Modern.az-ın əldə etdiyi məlumatına görə, bu gün Qarabağı tərk edən Rusiya sülhməramlılarının növbəti hissəsi Laçın yolunda görünüb.
Sülhməramlılara məxsus hərbi yük maşınları Qarabağı tərk edib.
2023-ci ilin sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən uğurlu antiterror əməliyyatından sonra artıq misiyanın fəaliyyətinə böyük ehtiyac qalmayıb. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib.
Mayın 15-də Xocalı hava limanında Rusiya Federasiyası sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib.
0 Rəy