Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Şuşa şəhərində olub

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Şuşa şəhərində olub. Diplomat bu barədə sosial şəbəkə hesabındakı paylaşımında şəhərə vurulduğunu və burada aparılan yenidənqurma-bərpa işlərinə heyran olduğunu bildirib.

Səfir Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimovla görüşdə görülən işlər barədə dolğun məlumat aldığını vurğulayıb. “Mən bura yenə gələcəyəm”, – deyə o “X” hesabında yazıb.

Almaniya səfiri Qarabağ səfəri za­manı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (İCRC) Bərdədəki nümayəndələri ilə də görüşüb. Diplomata işğaldan azad olunmuş ərazilərdəki mina təhlükəsi barədə məlumat verilib.

“Keçmiş təmas xəttinə yaxın yaşamaq insanlar üçün ağır olmuşdur. Mina riski hələ də bir çox ərazilərdə təhlükə yaratmaqdadır”, – deyə paylaşım edən diplomat bildirib ki, Almaniya Azərbaycanın Qarabağdakı yenidənqurma səylərini dəstəkləyir.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin