Şuşa rayonu üzrə ümumi məhsul buraxılışı və onun istifadəsi haqqında
2024-cü ilin yanvar-mart aylarında Şuşa rayonunda iqtisadiyyatın əsas sahələri üzrə (sənaye, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, tikinti işləri, nəqliyyat və anbar təsərrüfatı) məhsul buraxılışı əvvəlki ilin müvafiq dövrünə nisbətən 57,0 faiz artaraq 177933,7 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən dəyəri 7089,0 manat təşkil etmişdir.
2024-cü ilin yanvar-mart ayları ərzində məhsulun 1208,2 min manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2104,0 min manatı sənaye, 174462,5 min manatı tikinti işləri, 114,9 min manatı nəqliyyat və anbar təsərrüfatı, 44,1 min manatı isə informasiya və rabitə sahələrində olmuşdur.
Şuşa Rayon Statistika İdarəsinin rəisi
Anar Xəlilov
0 Rəy