2024-cü ilin yanvar-mart aylarında Cəbrayıl rayonunun Ümumi məhsul buraxılışı haqqında

2024-cü ilin yanvar-mart aylarında Cəbrayıl rayonunda iqtisadiyyatın əsas
sahələri üzrə (sənaye, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, tikinti,
nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə) məhsul buraxılışı əvvəlki ilin
müvafiq dövrünə nisbətən 27,0 faiz azalaraq 83288,2 min manat olmuşdur. İstehsal
edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən dəyəri 1138 manat təşkil
etmişdir.
2024-cü ilin yanvar-mart aylarında məhsul buraxılışının ümumi həcminin 2023-
cü ilin müvafiq dövrünə nisbətən azalması tikinti, informasiya və rabitə, sənaye
sahələrinin hesabına olmuşdur.
Məhsulun 76755,1 min manatı tikintidə, 5352,5 min manatı kənd təsərrüfatı,
meşə təsərrüfatı və balıqçılıq sahəsində, 972,6 min manatı sənaye, 156,9 min
manatı nəqliyyat və anbar təsərrüfatı sahəsində, 51,1 min manatı isə informasiya və
rabitə sahələrində istehsal olmuşdur.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müqayisəli qiymətlərlə məhsul
istehsalı tikinti sahəsində 29,2 faiz, informasiya və rabitə sahəsində 30,8 faiz,
nəqliyyat və anbar təsərrüfatı sahəsində 4,9, sənaye sahəsində isə 2,0 faiz azalmış,
kənd təsərrüfatında isə 1,5 faiz artmışdır.

Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi
Sahib Süleymanov

Rəylər

Aşağıdakı məlumatları qeyd edin