Kreml Rusiya sülhməramlılarının Qarabağdan çıxarıldığını TƏSDİQLƏDİ

Kreml Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasının başlandığını təsdiqləyib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

O, jurnalistlərə qısa açıqlamasında Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasının başlandığını təsdiqləyib.

"Bəli, bu doğrudur", - Peskov qısaca olaraq deyib.

Qeyd edək ki, dünən Rusiya sülhməramlılarının Qarabağdan çıxarıldığını əks etdirən videogörüntülər yayılıb.

Diplomatik mənbələrdən Ermənistan KİV-nə bildirilib ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması mərhələli şəkildə həyata keçirilir.

“Kontingentin çıxarılması eşelonla Dağıstan vasitəsilə həyata keçirilir”, - diplomatik mənbə deyib.

Sülhməramlıların sonuncu qrupunun Azərbaycanl tərketmə vaxtı hələ açıqlanmayıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin