İran prezidenti Ermənistandadır
İran Prezidenti Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edib. O, BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci toplantısında (CBD COP17) iştirak edəcək.
Modern.az xəbər verir ki, səfər çərçivəsində konfransda iştirak edən bir sıra ölkələrin liderləri ilə danışıqların aparılması və fikir mübadiləsinin keçirilməsi də planlaşdırılır.
Qeyd edək ki, İran Bioloji Müxtəliflik haqqında Konvensiyanı imzalayan ilk dövlətlər sırasında olub və 1996-cı ildə sənədə rəsmi şəkildə qoşulub.
0 Rəy