“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticəsi ölkənin gələcək xarici siyasət kursuna ciddi təsir göstərə bilər.
Musavat.com xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənləərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatskinin sözlərinə görə, Nikol Paşinyan parlament seçkilərində qalib gələrsə, Ermənistan qərbyönlü xəttə tam keçə bilər.
Onun sözlərinə görə, Paşinyan artıq Rusiya ilə münasibətləri zəiflətmək və Qərblə yaxınlaşmaq kursunu göstərib. Vodolatski hesab edir ki, seçkilərin yekunu Ermənistan hökumətinin növbəti addımlarını müəyyən edəcək. Bu addımlar sırasında KTMT-dən çıxmaq və MDB çərçivəsində iştirakın dayandırılması da ola bilər.
Nikol Paşinyan isə daha əvvəl bildirib ki, KTMT-dən çıxmaqla bağlı yekun qərar konkret şəraitdən asılı olacaq. O qeyd edib ki, hökumət proqramında təşkilatdakı üzvlüyün aktiv şəkildə “dondurulmuş vəziyyətdən çıxarılması” nəzərdə tutulmur.
0 Rəy