Paşinyan türk bayrağının yandırılmasını PİSLƏDİ
Baş nazir Nikol Paşinyan aprelin 23-də saxta “erməni soyqırımı”nın ildönümü ilə bağlı İrəvanda “Daşnaksütyun”un keçirdiyi “məşəl yürüşü”nün iştirakçılarının Türkiyə bayrağını yandırmasını “açıq-aşkar təxribat və gərginliyi qızışdıran addım” hesab edib.
Musavat.com-un məlumatına görə, bunu “Armenpress”in sualına cavab olaraq baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan deyib.
N.Bağdasaryan daşnakların təşkil etdiyi "məşəl yürüşü" zamanı iştirakçıların növbəti dəfə Türkiyə bayrağını yandırmasına Paşinyanın necə baxdığına dair sualı belə cavablandırıb: “Baş nazir Paşinyan bu praktikanı pisləyir, bunu məsuliyyətsiz və qəbuledilməz adlandırır. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusən də qonşu ölkənin bayrağının yandırılmasını dövlət başçısı başqa cür təsvir edə bilməz. Bu, açıq şəkildə təxribatçı və gərginlik yaradan davranışdır.
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan da bayrağın yandırılmasını tənqid edib.
“24 aprel ərəfəsində hər hansı bir ölkənin, xüsusən də qonşu ölkənin bayrağının yandırılması 24 aprelin mənasına kölgə salan mənasız, biabırçı və son dərəcə qınaq obyektidir. Söhbət yaddaşdan, birlikdən, həyatdan gedir və mən bu cür hərəkətləri sülhə və gələcəyə qarşı pafoslu və qəbuledilməz təxribat hesab edirəm", - daha sonra o bildirib.
0 Rəy