Paşinyandan erməni kilsəsinə növbəti tələb: vergi ödəməlidir!
Ermənistanın baş naziri Nikol Pashinyan erməni kilsəsinə növbəti hücum təşkil edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, din xadimləri ümumi gəlir bəyannaməsi sistemindən kənarda qala bilməzlər.
“Biz çoxdan deyirdik ki, kilsə vergilər ödəməlidir”, - deyə o qeyd edib.
Baş nazirin sözlərinə görə, kilsə xalq qarşısında hesabatlı olmaq istəmir.
“Kilsə xalqdır, heç bir katolikos heç vaxt kilsə olmayıb”, — deyə Paşinyan bildirib.
0 Rəy