İran Hörmüz boğazını bütün gəmilər üçün açdı

İranın xarici işlər naziri Abbas Əraqçi qlobal enerji bazarlarını və siyasi gərginliyi kökündən dəyişəcək şok bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, rəsmi Tehran bir neçə aydır davam edən dəniz blokadasına son qoyaraq, Hörmüz boğazının bütün kommersiya gəmiləri üçün tamamilə açıldığını elan edib.

Abbas Əraqçi bildirib ki, bu qərar Livanda əldə olunmuş atəşkəs razılaşmasına uyğun olaraq qəbul edilib. Boğaz atəşkəs rejiminin qüvvədə olduğu bütün müddət ərzində açıq qalacaq.

Gəmilərin keçidi İranın Limanlar və Dəniz Gəmiçiliyi Təşkilatı tərəfindən əvvəlcədən müəyyən edilmiş və koordinasiya olunmuş xüsusi marşrut üzrə həyata keçiriləcək. Bu, təhlükəsizliyin təmin olunması üçün əsas şərt kimi irəli sürülüb.
 

Abbas Əraqçi prezidenti sərt tənqid edib | Modern.az

Fevralın 28-dən bəri faktiki olaraq qapalı qalan və dünya neft ticarətinin 20-25%-nin keçdiyi bu strateji su yolu, nəhayət, beynəlxalq gəmiçilik üçün əlçatan olub.

 Ekspertlər hesab edirlər ki, boğazın açılması neft qiymətlərində kəskin ucuzlaşmaya səbəb olacaq. Eyni zamanda, Hindistan kimi ölkələrin İran nefti üçün yuanla etdiyi ödənişlərin fonunda bu qərar dolların hegemonluğuna qarşı yeni iqtisadi reallıqlar yaradır.

Bu qərar Donald Trampın İranın infrastrukturunu məhv etmək hədələrindən və ABŞ-ın elan etdiyi aprelin 13-də başlayan dəniz blokadasından sonra ən böyük diplomatik geriçəkilmə və ya qarşılıqlı güzəşt kimi qiymətləndirilir. Pakistanın vasitəçiliyi ilə aparılan İslamabad danışıqlarının bu qərarda həlledici rol oynadığı bildirilir. İndi bütün dünya aprelin 21-dən sonra atəşkəsin uzadılıb-uzadılmayacağını və Hörmüzün daimi olaraq açıq qalıb-qalmayacağını diqqətlə izləyir.
 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin